Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.19 dollar, yaxud 0.25% azalaraq 76.88 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.21 dollar, yaxud 0.26% enərək 80.86 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 1.18% azalaraq 2.68 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı yenilənmiş proqnoz göstərir ki, 2023-cü ilin ikinci yarısında Brent neftinin qiyməti orta hesabla 79 dollara satılacaq. 2024-cü ildə isə 84 dollar olacaq.