Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.55 dollar, yaxud 0.62% artaraq 89.07 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.53 dollar, yaxud 0.58% yüksələrək 92.41 dollara satılır. Təbii qazın qiymətləri isə 0.06 dollar, yaxud 2.05% yüksələrək 2.74 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.