Home » “Britaniya hökuməti sərt iqtisadi tədbirlərə hazırlaşır”

“Britaniya hökuməti sərt iqtisadi tədbirlərə hazırlaşır”

by yunus
0 comments 0 views 1 minutes read

Böyük Britaniyanın Maliyyə Naziri Reyçel Rivz noyabrın 26-da açıqlanacaq Payız Büdcəsi ərəfəsində ölkənin çətin iqtisadi reallıqları fonunda sərt qərarlar verməyə hazırlaşdığını bildirib.

BBN.az xəbər verir ki, Rivz mətbuat konfransında çıxış edərək, vergi artımlarını istisna etmədiyini deyib və vurğulayıb ki, dövlət maliyyəsi illərlə aparılan yanlış idarəetmənin nəticəsində ağır vəziyyətə düşüb.

Rivz ölkənin qarşısında duran əsas iqtisadi risklərə qlobal tariflər, davamlı inflyasiya, təchizat zəncirlərində qeyri-sabitlik və müdafiə xərclərinin artması kimi faktorları göstərib.

O, həmçinin əvvəlki hökumətləri “siyasi maraqları iqtisadi zərurətdən üstün tutmaqda” ittiham edərək, borclanmanın artırılması çağırışlarını rədd edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.