Home » Bu gün “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi qrupunun görüşü olacaq

Bu gün “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi qrupunun görüşü olacaq

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 29 aprel 2024-cü il tarixində saat 11:00-da “Webex” onlayn platforması vasitəsilə iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda İşçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində 1-ci rüb ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparılacaqdır. Həmçinin “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə tapşırıqların icra vəziyyəti və “Maliyyə xidmətləri” indikatorunun sualları üzrə dövlət və özəl sektorun cavabları arasındakı fərqli məqamlar nəzərdən keçiriləcəkdir. İclasda həmçinin sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə kreditlərin əldə edilməsində üzləşdiyi çətinliklər ətrafında fikir mübadiləsi aparılacaqdır.

Aşağıdakı keçiddən istifadə etməklə Komissiyanın internet portalında iclasla əlaqədar yerləşdirilmiş məlumat və iclasın gündəliyi ilə tanış olmaq mümkündür:

GÜNDƏLİK – 29.04.2024 – “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun iclası

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.