Home » Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu gün Şəki və Qəbələ rayonlarının qaz təchizatında fasilə yaranacaq.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Şəki şəhəri “Cəfərabad” qaz paylayıcı stansiyasında (QPS) siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar aprelin 24-də saat 09:00-dan “Cəfərabad” QPS-dən, saat 10:00-dan isə Qəbələ rayonun 1 qəsəbə və 4kəndini təchiz edən qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Şəki şəhəri daxil olmaqla rayonun bir hissəsinin (30 kənd,1 qəsəbə, Qəbələ rayonunun isə Vəndam qəsəbəsinin, Nohurqışlaq, Tüntül, Yengicə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.