0

Bu gün Türkiyə Mərkəzi Bankı ölkədə baş verən zəlzələ fəlakətindən sonra əsas faiz dərəcələrini kiçik ölçüdə azaldıb və 9%-dən 8.5%-ə salıb.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, baş verən fəlakətdən sonra ölkə iqtisadiyatına milyardlarla dollar ziyan dəyib və minlərlə insan həyatını itirib.
Qeyd edək ki, tənzimləyici orqanın bugünkü qərarı 2020-ci ilin yazından bu yana ən aşağısı olub.




