Home » Bu həftə mənzillərin səyyar qeydiyyatı kampaniyası paytaxtın 4 rayonunda keçiriləcək

Bu həftə mənzillərin səyyar qeydiyyatı kampaniyası paytaxtın 4 rayonunda keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Çoxmərtəbəli binalardakı mənzillərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı səyyar aksiya 17-21 fevral tarixlərində Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında keçiriləcək. Qeydiyyat xidməti həftə ərzində 865 mənzilli 5 binanı əhatə edəcək.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət 17 fevralda Xətai rayonu, M. Hadi küçəsi, 106, 18 fevralda Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə ünvanlarında olacaq. Yasamal rayonunda davam edən kampaniya 19 fevralda F. İbrahimov küçəsi, 5, 20 fevralda Yeni Yasamal yaşayış massivi, D. Bünyadzadə küçəsi, 2 ünvanlarındakı binalarda keçiriləcək. Fevralın 21-i isə mobil qeydiyyat xidməti Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən binada göstəriləcək.

Mənzilini dövlət qeydiyyatına almaq istəyən bina sakinləri şəxsiyyət vəsiqəsi,  protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlərlə səyyar xidmət ofisinə yaxınlaşa bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.