Bu il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 0,2 faiz artım müşahidə edilib

2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52761,9 min ton, yük dövriyyəsi isə 11158,3 milyon ton-km olmuş, əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. Yüklərin 34610,9 min tonu və ya 65,6 faizi avtomobil nəqliyyatı, 13326,6 min tonu və ya 25,3 faizi dəmir yolu nəqliyyatı, 4824,4 min tonu və ya 9,1 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,3 faizini və ya 8077,2 min tonunu tranzit yüklər təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır