Home » Bu ilin ilk yarımilində ünvanlı sosial yardımlar üçün ötən ilin müvafiq dövrünə nisbətən 62 faiz çox vəsait xərclənib

Bu ilin ilk yarımilində ünvanlı sosial yardımlar üçün ötən ilin müvafiq dövrünə nisbətən 62 faiz çox vəsait xərclənib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Prezident İlham Əliyevin tapşırığına əsasən, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi nəticəsində büdcədən bu istiqamətdə yönəldilən vəsaitlər də artırılır.

Belə ki, 2019-cu ilin müvafiq dövrünə nisbətən, bu ilin ilk yarımilində ünvanlı dövlət sosial yardımlarının ödənişi  üçün 62 faiz və ya 40,4 mln. manat çox olmaqla, 105 milyon manata yaxın vəsait xərclənib.

Son aylarda bu yardımı alan ailələrin sayı 14 mindən çox artıb və bu say hazırda 85 minə (350 mindən çox ailə üzvü) yaxındır. Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artmaqda davam edərək 225 manatı ötüb.

Ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi dövründə bitən ailələrə bu yardımın verilməsi davam etdirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.