Home » Bu ilin səkkiz ayı üzrə ölkədə elektrik enerjisi istehsalı azalıb

Bu ilin səkkiz ayı üzrə ölkədə elektrik enerjisi istehsalı azalıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2020-ci ilin səkkiz ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2156,2 mln. kVt·st, ixracı 97,86 mln. kVt·st, idxalı 7,3 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 224,7 mln. kVt·st, ixrac 67,74 mln. kVt·st, idxal isə 3,5 mln. kVt·st azalıb.

Cari  ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 mln.kVt·st azalaraq 17502,7 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 231,2 mln. kVt·st artaraq 16415,5 mln. kVt·st, SES-lərdə 357,8 mln. kVt·st azalaraq 846,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,5 mln. kVt·st azalaraq 240,6 mln. kVt·st olub. Külək  Elektrik Stansiyalarında 70,5 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında  33,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 137,0  mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 15649,8 mln. kV·ts (İES-lərdə 14952,1 mln. kVt·st, SES-lərdə 697,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 286,5 mln. kV·st (İES-lərdə 124,6 mln. kVt·st, SES-lərdə 133,2 mln. kVt·st, Günəş ES-də 28,7 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1566,4 mln. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 829,7 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 111,1 mln. kVt·st, idxalı isə 94,7 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 9,7 mln. kVt·st azalıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.