0
2023-cü ilin avqust ayı ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 10 025 elektron arayış alınıb.
Bu arayışların 3 462-si pensiya, 4 769-u müavinət və təqaüd, 964-ü fərdi şəxsi hesab, 270-i ünvanlı dövlət sosial yardımı, 94-ü torpaq pay mülkiyyətçisi, 147-si sosial sığorta şəhadətnamə nömrəsi, 115-i şəhid ailəsi üzvü, 53-ü ünvanlı dövlət sosial yardımı ödənişləri, 117-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 28-i əlilliyi olan şəxslərə qulluq, 6-sı Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.