Home » Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

by Aytac
0 comments 0 views 1 minutes read

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədəki qərargahında BMT missiyaları və beynəlxalq ictimaiyyətin nümayəndələri üçün diplomatik brifinq təşkil edilib. Sessiyaya BTİ-nin Baş katibi Dorin Boqdan-Martin, İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov rəhbərlik ediblər.

Brifinqdə bu il 17-28 noyabr tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) barədə məlumat verilib. Müzakirələrdə tədbirin hamı üçün universal, əlverişli və əlçatan bağlantının təşviqində, eləcə də inklüziv və dayanıqlı rəqəmsal gələcəyin formalaşdırılmasında mühüm rolu vurğulanıb.

İştirakçılara, həmçinin konfrans çərçivəsində həyata keçirilən logistik hazırlıqlar, qeydiyyat prosesi, yerləşmə, nəqliyyat təminatı və dayanıqlılıq tədbirləri barədə məlumat təqdim olunub. Qeyd edilib ki, “WTDC-25” iştirakçıları üçün sadələşdirilmiş elektron viza sistemi artıq aktivdir və rəsmi onlayn portal vasitəsilə istifadəyə açıqdır. Bu, Azərbaycana giriş prosesini daha rahat və əlçatan edir.

BTİ rəhbərliyi Azərbaycan hökumətinə, Xarici İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə “WTDC-25”in hazırlıqları çərçivəsində göstərilən sıx əməkdaşlıq və davamlı dəstəyə görə minnətdarlığını ifadə edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.