
ChatGPT ötən ay Azərbaycanda ən çox istifadə olunan süni intellekt tətbiqi olub. Platformanın bazar payı iyun ayında 85,86 faizə yüksəlib.
“Statcounter”un məlumatına görə, may ayında ChatGPT-nin ölkə üzrə istifadə payı 79,52 faiz idi. Beləliklə, bir ay ərzində platformanın bazar payında nəzərəçarpacaq artım qeydə alınıb.
Statistikaya əsasən, iyunda Azərbaycanda ən çox istifadə olunan süni intellekt tətbiqləri sırasında ChatGPT-dən sonra Google Gemini və Perplexity (hər biri 4,48 faiz), Claude (3,81 faiz) və Microsoft Copilot (1,38 faiz) qərarlaşıb.
Qlobal statistikada da ChatGPT lider mövqeyini qoruyub saxlayıb. İyun ayında dünya üzrə süni intellekt tətbiqləri arasında ChatGPT-nin bazar payı 76,89 faiz təşkil edib. Onu 7,96 faiz göstərici ilə Google Gemini izləyib.




