ChatGPT-yə Bitcoin və Ether kimi rəqəmsal aktivlər ilə bağlı suallar verilib. BBN.az CoinDesk.com-a istinadən xəbər verir ki, suallardan biri də bu yöndə olub ki, kriptovalyutalar faydalıdırmı və onu sadə şəkildə izah etməyə çalışın.
ChatGPT isə cavabında belə qeyd edib, kriptovalyutalar bir çox səbəblərdən faydalı ola bilər, daha ümumi olanlar isə bunlardır: “Bitcoin, Ether kimi kriptovalyutalar mərkəzləşdirilməyib, yəni onlar hər-hansı mərkəzi qurum, yaxud hökumət tərəfindən idarə edilmir. Nəticədə bu isə tranzaksiyaları daha sürətli, ucuz və təhlükəsiz edir. Rəqəmsal aktivlərə qlobal əlçatanlıq var, belə ki, kriptovalyutalar dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq sadəcə internet vasitəsilə hər kəs tərəfindən istifadə edilə bilər”.