Home » Çin yuanı dollar qarşısında rekord səviyyədə enib

Çin yuanı dollar qarşısında rekord səviyyədə enib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Çin yuanı dolların möhkəmlənməsi fonunda azalma rekordunu yeniləyib. Beynəlxalq alqı-satqıda olan yuan məlumatların ilk dəfə 2011-ci ildə əlçatan olmasından bəri ən aşağı səviyyəyə düşüb. Həmçinin Çinin yerli məzənnəsi 2008-ci ildəki qlobal maliyyə böhranından sonra özünün ən zəif səviyyəsinə enib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, yuanda bu dəyişiklik dolların əsas məzənnələrə qarşı yüksəlməsi fonunda baş verib.

Belə ki, ABŞ-ın Mərkəzi Bankı (FED) sentyabrın əvvəlində özünün faiz dərəcələrini yenidən yüksəltmişdi. Üstəgəl çərşənbə günü, Asiya üzrə əsas səhm bazarı indeksləri kəskin şəkildə enib. Məsələn, Yaponiyanın Nikkei indeksi günü 1.5% azalma ilə, Cənubi Koreyada Kospi 2.4%, Honkonqun Hang Seng indeksi isə 2.8% enmə ilə başa vurub. 

Çinin Mərkəzi Bankı isə yuanın digər valyutalar qarşısında enməsinin qarşısını almaq üçün onu daha bahalı etməyə çalışır. Maraqlısı budur ki, bu günlərdə ixrac Çin iqtisadiyyatının cəmi 20%-ni təşkil edir. 

Qeyd edək ki, bir çox investorlar iqtisadi çətinlik olan zamanlarda dollara təhlükəsiz yer kimi baxırlar və investisiyanı bura edirlər. Bildirdiyimiz kimi bu dolları digər valyutalara nəzərən daha bahalı edir, məsələn, bazar ertəsi günü funt sterlinq özünün rekord aşağı səviyyəsinə enmişdi. Üstəgəl, çərşənbə günü dollar son 20 ildəki ən yüksək səviyyəsinə çatmışdı. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.