Home » Çində inflyasiya yüksək səviyyəyə yüksəlib

Çində inflyasiya yüksək səviyyəyə yüksəlib

by yunus
0 comments 0 views 1 minutes read

Çində istehlak inflyasiyası yanvarda son 5 ayın ən yüksək səviyyəsinə yüksəlib.

BBN.az xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsinin (DSİ) hesabatında deyilir.

Bildirilir ki, ölkədə inflyasiya ardıcıl on ikinci aydır ki, qeydə alınıb.

Belə ki, istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artıb. Ərzaq və yanacaq qiymətlərini nəzərə almayan baza inflyasiyası yanvarda 0,6 faizə yüksəlib.

Ötən ay Çində ərzaq məhsullarının qiyməti 0,4%, qeyri-ərzaq mallarının qiyməti isə 0,5% artıb. Tibbi xidmətlər 0,7 faiz, təhsil xidmətləri 1,7 faiz bahalaşıb. Nəqliyyat xidmətlərinin qiymətləri isə 0,6% ucuzlaşıb.

Qeyd olunub ki, Çində istehsalçı qiymətləri bir ay əvvəl analoji enişdən sonra keçən ay illik müqayisədə 2,3% azalıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.