

Çində avqust ayında riteyl satışları bir il öncə ilə müqayisədə 4.6% artıb. Bu isə Reuters nəşrinin 3%-lik gözlənti proqnozunu aşıb. Bu artım isə iyulda illik əsasda qeydə alınan 2.5%-lik artımdan daha sürətli hesab edilir.
BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, sənaye istehsalı inkişafı isə avqustda illik əsasda 4.5% artım nümayiş etdirib. Bu isə iyulda qeydə alınan 3.7%-lik artımdan və 3.9%-lik proqnozdan daha yaxşı nəticə hesab edilir.
Qeyd edək ki, Statistika Bürosundan isə bildirilir ki, riteyl satışları proqnozları üstələsə də daşınmaz əmlak bazarı isə özünün ən pis dövrünü keçir. Satış və investisiyalarda enmələr müşahidə edilir. Bildirilir ki, sektor yalnız daşınmaz əmlak ilə bağlı bazarı əhatə edən qanunun tətbiqindən sonra yenidən canlana bilər.