Amerika texnoloji nəhəngi Apple, hökumətin milli təhlükəsizlik narahatlığına əsaslanaraq, Çindəki App Store-dan Meta-ya məxsus uçdan-uca şifrəli mesajlaşma proqramı WhatsApp-ı sildi. Bildirilib ki, Meta-nın Twitter kimi mətn əsaslı sosial şəbəkə tətbiqi Threads də eyni səbəblə App Store-dan silinib.
BBN.az bu barədə Bloomberg Türkiyə istinadən xəbər verir.
Bir çox xarici sosial media tətbiqini bloklayan Çini xüsusilə mesajlaşma proqramlarından narahat olduğu məlum idi.
Apple tərəfindən edilən açıqlamada, “Çinin Kiber Məkan İdarəsi, milli təhlükəsizlik baxımından bu proqramların Çin mağazasından çıxarılması əmrini verdi” ifadə edildi.
Çinin bu hərəkəti TikTok-un silinməsi üçün Amerikada çıxarılan qanun layihəsinə qarşılıqlı olduğu düşünülür.