

ABŞ mərkəzli beynəlxalq investisiya bankı “Morgan Stanley” Çində koronavirus pandemiyasının yüngülləşdirilməsi üçün alınan tədbirlər səbəbindən ölkə iqtisadiyyatının artım tempinin səngiyəcəyini açıqlayıb. Daha əvvəl 2022-ci ilin birinci rübü üçün 0.6%-lik artım proqnozlaşdıran qurum, sözügedən səbəbdən Çinin iqtisadi artım proqnozunu sıfıra endirib.
“Morgan Stanley” Çinin 2022-ci il üzrə yekun iqtisadi artım göstəricisini də yeniləyərək 5.1%-ə endirib. Bankın ötən hesabatında proqnoz 5.3% səviyyəsində olub. Çin hökumətinin proqnozlarına görə isə, 2022-ci ildə iqtisadi artım 5.5% səviyyəsində olacaq.
Digər bir investisiya bankı “Goldman Sachs” ötən ilin sonunda Çin iqtisadiyyatının 2022-ci il üçün artım proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2022-ci ildə Çinin iqtisadi artım göstəricisi koronavirus pandemiyası və ölkədaxili yüksək inflyasiyanın təsiri nəticəsində hazırki səviyyəsindən də aşağı düşərək 4.8% civarında qərarlaşacaq.