

Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çin Xalq Respublikası son dövrlərdə iqtisadi durğunluq yaşayır.
Çinin Milli Statistika Bürosundan (NBS) yayılan məlumata əsasən, Çin iqtisadiyyatı 2021-ci ilin üçüncü rübündə 4.9% artaraq 82.3 trilyon yuanı (12.8 trilyon dolları) keçib. İkinci rübdə bu göstərici, 7.9% səviyyəsində olub.
Qeyd edək ki, bu artım pandemiya dövrü istisna olmaqla, son 28 ildə qeydə alınmış ən aşağı göstəricidir. Pandemiya dövründə isə 2020-ci il üzrə ÜDM artımı göstəricisi 2.8% olub.
Milli Statistika Bürosunun prezidenti mətbuata verdiyi açıqlamasında, koronavirus pandemiyası ilə yanaşı, durğunluğun əsas səbəbləri kimi əmtəə qiymətlərində artım və “Evergrande” krizisi də göstərilib.