0
Çin Xalq Respublikasının 2021-ci ildə ümumi pərakəndə satış həcminin 44 trilyon yuan (6.8 trilyon ABŞ dolları) səviyyəsinə çatması proqnozlaşdırılıb. Çinin Ticarət Nazirliyinin rəsmisi tərəfindən mətbuat konfransında kütləvi informasiya orqanlarına verilən bu məlumata istinadən, ötən ilə nəzərən sözügedən göstəricidə 12.5%-lik, 2019-cu ilə nəzərən isə 8%-lik artım qeydə alınacaq.
Qeyd edək ki, avqust ayı üzrə pərakəndə satış həcmi də ötən ilin müvafiq ayına nisbətdə 2.5% artaraq 3.44 trilyon yuan səviyyəsində qərarlaşıb.