Home » “Twitter” bitkoin ilə ödənişə imkan yaradıb

“Twitter” bitkoin ilə ödənişə imkan yaradıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Dünyanın qabaqcıl sosial media tətbiqetmələrindən olan “Twitter” hazırda aktiv olan funksiyasına daha bir əlavə edib. Belə ki, “Twitter” daxilində mövcud olan bəxşiş vermək (tipping) funksiyası artıq bitkoin kriptovalyutasını da dəstəkləyir. May ayında istifadəyə verilən tipping funksiyası sosial media istifadəçilərinin paylaşımlarına görə pul qazanmalarına imkan tanıyır.

“Twitter” istifadəçiləri “Cash App”, “Patreon”, “Venmo”, “Wealthsimple Cash” və  “PicPay” kimi bir sıra maliyyə tətbiqetmələrinin linklərini hesablarına əlavə etməklə dollar valyutası ilə bəxşişləri əldə edə bilirdilər. Artıq yeni funksiya ilə ABŞ və El Salvadorda yaşayan şəxslər “Strike” tətbiqetməsini “Twitter” hesabına qoşmaqla bəxşişləri bitkoin kriptovalyutası formasında qəbul edə biləcəklər.

Məlumat üçün qeyd edək ki, “Twitter” tətbiqetməsinin təsisçisi Jack Dorsey yarandığı andan etibarən bitkoin kriptovalyutasının böyük dəstəkçisi olub və gələcəkdə bu kriptovalyutanın dünyanın yeganə valyutasına çevriləcəyi ilə bağlı proqnozlar verib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.