Asiya-Sakit okean regionunda səhmlərin dəyəri bazar ertəsi günündən bəri aşağı olub, bu isə FED-in aqressiv faiz artımı ilə bağlı narahatlıqların yenidən başlaması ilə bağlıdır, lakin Çində isə əksinə yüksəlməyə başlayıb, səbəb isə ölkənin özünün kredit faiz dərəcələrini aşağı salması ilə bağlıdır. Shanghai Composite Index-də qiymətlər 0.61% artaraq 3,277.79 olub, Shenzhen Component Index isə 1.19% yüksələrək 12,505.68 olub.
BBN.az CNBC.com-a istinadən xəbər verir ki, Çinin Mərkəzi Bankı əsas bir illik kredit faiz dərəcələrini 5 baza bəndi azaldaraq 3.65%-ə, 5 illik faiz dərəcələrini isə 15 baza bəndi azaldaraq 4.3%-ə çatdırıb.
Bundan başqa, Asiyanın Honkonq bazarında Hang Seng index son ticarət saatında 0.6% azalıb. Cənubi Koreyanın Kospi-si 1.21% yüksələrək 2,462.5-ə çatıb, Kosdaq isə 2.25% azalaraq 795.87 olub.