Çinin İpək Yolunu canlandıraraq Pekindən Londona fasiləsiz ticarət marşrutu planını ehtiva edən Kəmər Yolu Layihəsində Türkiyənin strateji əhəmiyyət daşıdığını izah edən Türkiyə-Çin Biznesin İnkişafı və Dəstək Dərnəyinin prezidenti İhsan Beşer deyib: “Layihəyə Bakı-Tbilisi-Qars xətti, Marmaranın əlavə edilməsi ilə dəniz yolu vasitəsindən istifadə ediləcək. Çinə təxminən 45-60 gün ərzində reallaşdırılan ixrac artıq cəmi 15 gün çəkəcək”.
BBN.az Bloomberg Türkiyə nəşrinə istinadən xəbər verir ki, onun sözlərinə əsasən çinlilərin yüksək keyfiyyət standartlarına malik türk mallarına xüsusi marağı var: “Rəqəmsal İpək Yolu sayəsində isə Türkiyə olaraq ilk hədəfimiz bölgəyə ixracımızı 6 milyard dollar səviyyəsinə çatdırmaqdır. Çinli istehlakçılar Türkiyənin tekstil, ayaqqabı, kosmetika və ev aksesuarlarına böyük maraq göstərir. İlk hədəfimiz Çindən idxal etdiyimiz məhsulların yaratdığı 30 milyard dollarlıq cari defisiti bağlamaqdır”, – deyə o, sözlərinə əlavə edib.
Qeyd edək ki, Türkiyə Avropadan Çinə uzanan yeni ticarət yolu olan “Kəmər-Yol Layihəsi”ndə strateji bir nöqtədə yerləşir. 1,4 trilyon dollarlıq bazar həcminə malik Çinin e-ticarətindən öz payını almaq niyyətindədir.