Dənizkənarı restoran bir burger-ə görə 30 avro (30 dollar) alır. Avqustda bahalı dənizkənarı klubda böyük şezlonq altında istirahət 500 avroya, VIP gecə klubunda bir stol minlərlə dollara başa gələcək. İspaniya daha çox çalışır ki, turistlər üçün əlverişli səyahət istiqamətləri təklif etsin, amma bu ölkənin adası Ibiza isə uzun illərdir ki, yüksək yaşayış standartların olduğu ərazi kimi tanınır.
“Qiymətlər çox axmaq görünür”, – deyə, Ben Pundole bahalı otelin konsultantı və Ibizaya səyahətçilərdən biri, CNBC-yə göndərdiyi e-mail-də deyib. Nyu-York-da 23 ildən sonra buranı Hamptons ilə müqayisə edə bilərəm.
“Ibizanın səyahətçiləri burada pul xərcləməkdən xoşbəxtdirlər”, – deyə Pundole bildirib: “Ibiza çox bahalı yerdir, həmişə bahalı bir yer olub. Lakin insanlar pul xərcləməyə meyllidirlər”.
Burada həmişəkindən daha çox klublar açılıb, məsələn, Ushuaia bura daxildir, 2019-cu ildə bura Beynəlxalq Gecəhəyatı Assosiasiyasının məlumatına, əsasən dünyadakı 3-cü ən yaxşı klub adına layiq görülüb.
Pundole deyir ki, bu il restoranlar, klublar, kirayə mənzillərin, taksilərin qiyməti gözləgörünən şəkildə yüksəlib. Bura adadır, bu mövsümi qazanc yeridir, bizneslər pandemiyadan sonra itirdikləri gəlirləri geri qaytarmaq istəyirlər, burada təchizat problemləri var, tələb isə olduqca böyükdür”. Həmçinin Balear adalarına turistlərin sayı mayda ildən ilə 300% artım göstərib, İspaniyanın Statistika Milli İnstitunun məlumatında bildirilib.
“Black Tomato” tərəfindən təşkil edilən 6 gecəlik səyahətin haqqı bir nəfər üçün 6 100 funt-sterlinqdən başlayır, təminən 7 260 dollar, bura qalmağa yer, səhər yeməyi, bir günlük şəxsi yaxta səyahəti (qiymətlər uçuşa daxil deyil).
“Six Senses Ibiza” “Black Tomato”nun müştəriləri arasında populyardır. İyunda bahalı otel əlavə 19 şəxsi yaşayış yeri və 2 malikanəni açıqlamışdı. Otelin vebsaytına, əsasən yayda malikanənin qiyməti bir gecə üçün 16 000 dollardır. Burada uşaqlar və böyüklərin gündəlik fəaliyyətləri üçün hər şey vardır. “Beach Caves” də isə yayda bir gecə üçün qiymət 1 565 avrodan başlayır.
İyunda əsası qoyulan ev sifarişi saytı “A.M.A Selections”nun yaradıcısı Mariek Anselme deyir ki, 10 gün üçün villada qalmağın qiyməti təxminən 26 500 avrodur. Bəzi müştərilər isə əlavə xidmətlər (şəxsi aşbaz, yoqa kursu, spa müalicəsi) alırlar, bunların qiyməti isə 500 avrodan başlayır. Şübhəsizdir ki, bu istiqamət varlı və VIP müştərilər üçün əlçatandır, onların arasında populyardır. Son illərdə isə yeni dəbdəbəli otellərin əsasını qoyurlar, nəticədə isə qiyməti də yüksək saxayırlar.