Home » “Daha güclü müxbir əlaqələri qurmaq: maliyyə cinayətləri və riskdən azad olma ilə mübarizə aparan ən yaxşı texnoloji trendlər” mövzulu vebinar keçirilmişdir

“Daha güclü müxbir əlaqələri qurmaq: maliyyə cinayətləri və riskdən azad olma ilə mübarizə aparan ən yaxşı texnoloji trendlər” mövzulu vebinar keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Məlumdur ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 28-29 yanvar 2021-ci il tarixlərində FİNTEX SAMMİT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) adlı tədbiri təşkil edir.

26 yanvar 2021-ci il tarixində  “Daha güclü müxbir əlaqələri qurmaq: maliyyə cinayətləri və riskdən azad olma ilə mübarizə aparan ən yaxşı texnoloji trendlər” mövzulu vebinarı  sammit çərçivəsində bir neçə əlavə tədbirlərdən biri olaraq keçirilmişdir.

 Vebinarda ABA-ya üzv bankların nümayəndələri iştirak etmiş, sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Vebinarın  təqdimatı və məruzəsi Elucidate-in həmtəsisçisi  və baş icraçı direktoru Şeyn Reydel tərəfindən keçirilmişdir. Qeyd edək ki, Şeyn Reydel daha öncə Standard Chartered Bankında Maliyyə Qurumları və Müxbir Bankçılıq üçün Maliyyə Cinayətlərinə Rəhbər vəzifəsində çalışmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.