
Bu ilin aprel–oktyabr aylarında keçirilən 22 depozit hərracı çərçivəsində 10,4 milyard manat məbləğində vəsait yerli banklarda depozitə yerləşdirilib.
Bu göstərici Azərbaycan Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, yerləşdirilən vəsait üzrə 76,9 milyon manat faiz gəliri hesablanıb. Həmin məbləğin 66,6 milyon manatı artıq dövlət büdcəsinə ödənilib.
Qeyd edək ki, bu ilin aprel ayından etibarən vahid xəzinə hesabının sərbəst qalığı depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməyə başlanıb. Bu addım dövlət vəsaitlərinin idarə olunmasında likvidliyin səmərəli istifadəsini və əlavə faiz gəlirlərinin formalaşdırılmasını təmin edir.







