Home » DOST Agentliyi beynəlxalq müsabiqədə finalçı olub

DOST Agentliyi beynəlxalq müsabiqədə finalçı olub

by anar
0 comments 0 views 1 minutes read

DOST Agentliyi Rusiyanın Moskva şəhərində keçirilən “We are Together” adlı beynəlxalq müsabiqədə finalçı olub. 100-dən çox ölkədən təxminən 1300 layihənin təqdim olunduğu tədbirdə DOST Agentliyi “Bərabər imkanlar və sosial ədalət” nominasiyası üzrə təltif olunub.

Müsabiqədə iştirak edən Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin müdiri Leyla Hüseynova və departamentin mütəxəssisi Tənzilə Hüseynova sosial məsuliyyətlilik mövzusunda görülən işlər barədə layihə iştirakçılarına məlumat verib.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən 3 günlük tədbirdə komandamız sosial məsuliyyət üzrə master klasslara qoşulub, Diana Qurtskaya adına Sosial İnteqrasiya Mərkəzinin iş prinsipi ilə tanış olublar.

Layihənin məqsədi könüllü hərakatı vasitəsi ilə humanitar problemlərin həllinə töhfə verən təşkilatlara dəstək olmaqdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.