Home » DOST Agentliyində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub

DOST Agentliyində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub

by anar
0 comments 0 views 1 minutes read

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova ilə görüşüb.

Fərid Məmmədov müsabiqənin qalibini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. İdarə Heyətinin sədri DOST konsepsiyası, DOST mərkəzlərində əhaliyə göstərilən xidmətlər, əmək, məşğulluq, sosial müdafiə sahələrində son illərdə aparılan ardıcıl islahatlar və qarşıya qoyulan hədəflər barədə məlumat verib.

İlahə Baxışova isə öz növbəsində dəvət üçün təşəkkürünü bildirib, bu növ görüşlərin əhəmiyyətini qeyd edib.

Daha sonra İlahə Baxışova DOST Mərkəzində xidmət prosesi ilə tanış olub. Ona mərkəzdə göstərilən xidmətlər barədə məlumat verilib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.