Dövlət Məşğulluq Agentliyi “Alo Karyera” məlumatlandırma xidməti yaradır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün “Alo Karyera” məlumatlandırma xidməti yaradır.

Agentliyin yerli qurumlarına müraciət etmiş şəxslərə “Alo Karyera” vasitəsilə onlayn və çağrı mərkəzi üzərindən operativ şəkildə peşəyönümü məsləhət xidmətləri göstəriləcək.

Bu xidmətlərə:

  • karyera planlaması, məqsədlərin təyin olunması,
  • ixtisas seçimi,
  • əmək bazarı və iş axtarışı,
  • rezümelərin hazırlanması,
  • müsahibəyə hazırlıq

və s. ilə bağlı  məlumat və tövsiyələrin verilməsi, bu sahələrdə zəruri köməkliyin göstərilməsi daxildir.

Peşəyönümü məsləhət xidmətlərindən yararlanmaq istəyən şəxslər online platforma vasitəsilə Agentliyin mütəxəssisləri ilə görüşə və ya çağrı mərkəzi ilə əlaqə saxlayaraq suallarını ünvanlaya biləcək. “Alo Karyera” məlumatlandırma xidmətinin fevral ayında fəaliyyətə başlaması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır