
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 662,1 milyon ABŞ dolları təşkil edib.
BBN.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 milyon ABŞ dolları və ya 2,3% azdır.
Qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 175,7 milyon dollarlıq ixracla ilk sırada qərarlaşıb. Bu, dövlət şirkətlərinin ümumi qeyri-neft ixracının 26,53%-ni təşkil edib.
İxrac həcminə görə dövlət şirkətlərinin reytinqi belədir:






