Home » Dövlət Xidməti kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib – Foto

Dövlət Xidməti kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib – Foto

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumlarının adından kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə xəbərdarlıqda deyilir ki, dələduzlar hxxps://asanodeme.info/kommunal, hxxps://asan-cerime.net, hxxps://asan-cerime.biz və hxxp://asan-cerime.com saytları yaradıb.

“Belə ki, kommunal xidmətlərin və yaxud cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan, sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.

Belə kiberdələduzluq halları tərəfimizdən araşdırılmaqla və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısının alınması üzərində aktiv işlənilməklə yanaşı hər gün yenilənən saxta səhifələrlə mübarizədə vətəndaşları ayıq olmağa media nümayəndələrini isə vətəndaşları belə dələduzluq halları ilə bağlı maarifləndirmədə köməklik göstərməyə çağırırıq.

Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etməyi tövsiyə edirik!”, – deyə açıqlamada qeyd olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.