Home » Dövlət Gömrük Komitəsində Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyası müzakirə edilib

Dövlət Gömrük Komitəsində Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyası müzakirə edilib

by bbnadm
0 rəy 3 baxış 2 dəqiqə oxuma

Yanvarın 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla görüşüb.Geniş tərkibdə keçirilən görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “Garland İnternational” məsləhətçi şirkətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev öncə gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.

Səfər Mehdiyev onu da qeyd edib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmiz beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan Azərbaycan Respublikası xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verir. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycan, eləcə də region üçün əhəmiyyətindən bəhs edib. Gömrük prosedurlarının həyata keçirilməsi ilə bağlı hər hansı problemin olmayacağını qeyd edən DGK sədri mükəmməl qanunvericilik bazasına malik, tam elektronlaşdırılmış gömrük sisteminin imkanlarının bu cür layihələrin uğurla reallaşdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərov son illər aparılan davamlı islahatların ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə, eləcə də gömrük xidmətinin dinamik inkişafına təkan verdiyini bildirib.

Diqqətə çatdırılıb ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olub və bu dəhlizlərin kəsişməsində yerləşən ölkəmiz tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazidə yaradılacaq Ələt Azad İqtisadi Zonası mühüm nəqliyyat qovşağı olan limanı tranzit və daşımalar üçün daha geniş imkanlarla təmin edəcək. Azad İqtisadi Zona beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqinə də öz töhfəsini verəcək.Sonra “Garland İnternational” məsləhətçi şirkətinin eksperti Coi Tobin Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyasının təqdimatını keçirib.

Təqdimat başa çatdıqdan sonra bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.