Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Görüşdə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov şura üzvlərinə Fondun fəaliyyəti və 2023-cü ildə görülən işlər barədə məlumat verib. Eyni zamanda növbəti il sosial dəstək proqramları çərçivəsində həyata keçiriləcək yeniliklər və artırılması nəzərdə tutulan sosial ödənişləri diqqətə çatdırıb.
Bundan başqa xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərdən, ötən müddət ərzində elektron xidmətlərin keyfiyyətinin artırılmasından, operativliyin təmin olunmasından və vətəndaş məmnuniyyətinin yaranmasından bəhs olunub.
Müzakirələr zamanı şura üzvləri görülən işləri və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılacaq addımları, eləcə də xidmət keyfiyyəti və vətəndaş məmnuniyyətinin artmasını yüksək qiymətləndiriblər. Həmçinin həyata keçiriləcək sosial dəstək proqramlarının böyük əhəmiyyət daşıyacağını vurğulayıblar.
İctimai Şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri, təklifləri dinlənilib. Fondun fəaliyyət sahələri üzrə İctimai Şura üzvləri ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
DSMF-də İctimai Şura üzvləri ilə görüş keçirilib
2