Home » Dünya Bankı: Bu il qızılın orta qiyməti 1300 dollara yaxın artıb

Dünya Bankı: Bu il qızılın orta qiyməti 1300 dollara yaxın artıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

Cari ilin sentyabr ayında qızılın bir troya unsiyasının (31,1 qram) orta qiyməti avqust ayı ilə müqayisədə 8,9 % və ya 300 ABŞ dolları artaraq 3 668 ABŞ dolları olub.

Bu barədə Dünya Bankı məlumat yayıb.

Məlumata əsasən, qızılın rüblük orta qiyməti 2025-ci ilin yanvar–mart aylarında 2 863 dollar, aprel–iyun aylarında 3 293 dollar, iyul–sentyabr aylarında isə 3 459 dollar təşkil edib. Bu ilin III rübündə qızılın orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 % və ya 979 ABŞ dolları artıb.

Bununla yanaşı, 2025-ci ilin sentyabr ayında qeydə alınmış orta qiymət (3 668 ABŞ dolları) 2024-cü ilin orta göstəricisini (2 388 ABŞ dolları) 53,6 % və ya 1 280 ABŞ dolları üstələyib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.