Home » Dünya Bankı ilə “Yaşana bilən Bakı” layihəsi üzrə növbəti mərhələ müzakirə edilib

Dünya Bankı ilə “Yaşana bilən Bakı” layihəsi üzrə növbəti mərhələ müzakirə edilib

by yunus
0 comments 0 views 1 minutes read

Maliyyə Nazirliyi və Dünya Bankı arasında “Yaşana bilən Bakı” layihəsi üzrə növbəti mərhələlərə hazırlıq müzakirə edilib.

BBN.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumaat görə, nazir müavini Himalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankının “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) və “Yaşana bilən Bakı” layihələri üzrə identifikasiya missiyaları ilə görüş keçirib. Görüşdə Dünya Bankının Azərbaycanın kənd təsərrüfatı və ərzaq sektorunun inkişafına göstərdiyi dəstək, CRAIS layihəsinin hazırlanması və icrası, eləcə də “Yaşana bilən Bakı” layihəsi üzrə növbəti mərhələlərə hazırlıq məsələləri müzakirə olunub.

H.Məmişov Azərbaycanla Dünya Bankı arasında uzunmüddətli əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edərək, kənd təsərrüfatı və suvarma infrastrukturunun modernləşdirilməsi, eləcə də şəhərsalma sahəsində görülən işlər barədə fikirlərini bölüşüb. Nazir müavini kənd təsərrüfatının dayanıqlı inkişafına və suvarma infrastrukturunun müasirləşdirilməsinə xidmət edən CRAIS layihəsinin fiskal çərçivə, investisiya prioritetləri, mərhələli yanaşma prinsipləri əsasında həyata keçiriləcəyini bildirib.

Eyni zamanda “Yaşana bilən Bakı” layihəsi çərçivəsində şəhər infrastrukturunun təkmilləşdirilməsi, ekoloji tarazlığın yaxşılaşdırılması və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin kompleks yanaşma əsasında mərhələli şəkildə həyata keçiriləcəyi qeyd edilib.

Öz növbəsində, Avropa və Mərkəzi Asiya Regionunun Kənd Təsərrüfatı və Ərzaq üzrə regional meneceri Holger Kray Dünya Bankı ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edilən layihələrin Azərbaycanın kənd təsərrüfatı və şəhərsalma sahələrində dayanıqlı inkişafın dəstəklənməsində mühüm rol oynadığını, bu istiqamətdə institusional potensialın gücləndirilməsi və nəticəyönlü yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı, həmçinin, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, cari layihələrin icra mexanizmlərinin təkmilləşdirilməsi və növbəti mərhələlər üzrə prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.