
Ağ Ev Tehranın neft gəlirlərini sıfırlamaq üçün “maksimum təzyiq” strategiyasının ən sərt mərhələsinə keçir. Wall Street Journal-ın yaydığı məlumata görə, Donald Tramp administrasiyasına İran limanlarının uzunmüddətli blokadası üçün hazırlıq tapşırığı verib. ABŞ hərbi-dəniz qüvvələri vasitəsilə İranın neft ixracını fiziki olaraq dayandırmağı və Tehranın xarici valyuta axınını tamamilə kəsməyi hədəfləyir. Vaşinqton, İran neftinin əsas alıcısı olan Çin şirkətlərini “ABŞ bazarı, yoxsa İran nefti?” seçimi qarşısında qoyaraq sanksiyaları kəskinləşdirir. Blokada planı qlobal neft qiymətlərində ciddi dalğalanma yaradıb. Bu gediş Tehranın həm hərbi, həm də nüvə ambisiyalarını maliyyəsiz qoymaq məqsədi daşıyır. Tehran artıq bu addımı “müharibə elanı” kimi qiymətləndirib. Regionda iqtisadi gərginliyin hərbi müstəviyə keçmə riski hər dəqiqə artır.




