

Dünya Bankı yanvar ayında 2,6 faiz olaraq açıqladığı 2025-ci ilin sonuna artım proqnozunu 0,5 faiz artıraraq 3,1 faizə qaldırıb.
BBN.az xəbər verir ki, Dünya Bankı yayımladığı hesabatında Türkiyə üçün də iqtisadi artım proqnozlarını paylaşıb.
Bankın yayımladığı son hesabatda Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlara da yer verilib. Qurum, yanvar ayında Türkiyə üçün 2025-ci il üzrə 2,6 faiz iqtisadi artım proqnozu irəli sürmüşdü. Lakin iyun ayında bu göstəricini 0,5 faiz bəndi artıraraq 3,1 faizə yüksəldib.
Türkiyə, bu dəyişikliklə Argentina ilə birlikdə Dünya Bankının 2025-ci il üzrə proqnozlarını ən çox dəyişdirdiyi ölkələrdən biri olub.
Hesabatda həmçinin 2026-cı ilin sonu üçün Türkiyə üzrə artım proqnozu da yenilənib. Əvvəlki proqnoz 3,8 faiz olsa da, iyun ayında bu göstərici 3,6 faizə endirilib.
Digər tərəfdən, 2027-ci ilin sonu üçün Türkiyədə iqtisadi artımın 4,2 faizə çatacağı proqnozlaşdırılır.