Home » Dünya Bankından yeni bir xəbərdarlıq: “Hökumətlər deyirlər ki, biz hər kəsin qayğısına qalacağıq”

Dünya Bankından yeni bir xəbərdarlıq: “Hökumətlər deyirlər ki, biz hər kəsin qayğısına qalacağıq”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Yüksək enerji qiymətlərinə görə hökumətin hər kəsə köməklik göstərməsi olduqca bahalıdır”.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu haqda Dünya Bankının (World Bank) xəbərdarlığında deyilib.

Bankın prezidenti deyib ki, Covid ilə bağlı plan risk faktoru daha çox olan qrupları hədəfə almamışdır və alınan borcları ödəmək isə onilliklər çəkəcək. 

David Malpass BBC-yə açıqlamasında qeyd edib ki, eyni qaydalar yüksək enerji qiymətləri ilə mübarizədə insanlara kömək üçün adaptasiya edilib.

“Hökumətlər deyirlər ki, biz hər kəsin qayğısına qalacağıq. Ancaq bu isə çox bahalıdır”, – o, qeyd edib.

Bankın prezidenti əlavə edib ki, bu qlobal borcu rekord bir səviyyəyə çatdırır, bu isə aşağı gəlirliliyə malik insanlara daha çox zərbə vurur.

Qeyd edək ki, daha öncə Böyük Britaniya hökuməti də yüksək enerji qiymətlərindən əziyyət çəkən ailələrə köməklik üçün yeni iqtisadi paketlərini açıqlamışdılar. Bu plana apreldə yenidən baxılacağı və hökumətə 30 milyard funt sterlinqə başa gələcəyi gözlənilir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.