Home » Dünya Bankının “İqlim Riskinin Qiymətləndirilməsi” ilə bağlı missiyası çərçivəsində Azərbaycan Banklar Assosiasiyasında görüş keçirilib

Dünya Bankının “İqlim Riskinin Qiymətləndirilməsi” ilə bağlı missiyası çərçivəsində Azərbaycan Banklar Assosiasiyasında görüş keçirilib

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

15 fevral 2023-cü il tarixində Dünya Bankının “İqlim Riskinin Qiymətləndirilməsi” (Climate Risk Assessment) ilə bağlı missiyası çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ofisində görüş keçirilmişdir. Görüşdə ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvləri və digər bankların nümayəndələri, Dünya Bankının layihə koordinatoru Karina Baba, bankın iqlim və dayanıqlı maliyyə üzrə aparıcı məsləhətçisi olan Rodrigo Pereira Porto və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri iştirak etmişdir.

Görüş çərçivəsində iqlim və ətraf mühit dəyişikliyindən dolayı bank sektoru üçün yarana biləcək risklər, hazırkı bazar təcrübələri və dayanıqlı maliyyələşmənin təşkili üzrə görülən və görüləcək işlər barəsində müzakirələr aparılmışdır. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.


Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.