3


Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.17 dollar, yaxud 0.21% artaraq 82.86 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.25 dollar, yaxud 0.29% yüksələrək 87.54 dollara satılır. Təbii qazın qiymətləri isə 0.04 dollar, yaxud 2.45% artaraq 1.75 dollara ticarət edilir.