Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.40 dollar, yaxud 0.46% enərək 87.14 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.39 dollar, yaxud 0.43% azalaraq 90.21 dollara satılır. Təbii qazın qiymətləri isə 0.00 dollar, yaxud 0.04% enərək 2.51 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.