
Qlobal maliyyə bazarlarında vəziyyət gərginləşməkdədir. ABŞ dolları İranla davam edən müharibə və sülh danışıqları fonunda son 6 həftənin ən yüksək səviyyəsində qərarlaşıb. İnvestorlar danışıqlardan gələn ziddiyyətli xəbərləri izləyərkən, “təhlükəsiz liman” kimi dollara tələb artıb.
Bu arada, Yapon yenində isə zəifləmə müşahidə olunur. Ölkədə istehlak qiymətləri indeksinin (CPI) proqnozlardan aşağı gəlməsi yenin mövqelərini bir qədər də zəiflədib. Bazar iştirakçıları həm geosiyasi riskləri, həm də mərkəzi bankların faiz qərarlarını diqqətdə saxlamağa davam edir.
Azərbaycanın valyuta bazarında isə vəziyyət dəyişməz olaraq qalır. Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən, dollar 1,70 AZN səviyyəsində sabitliyini qoruyur.




