Dünya iqtisadiyyatı 3.2% kiçiləcək – PROQNOZ

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə dünya iqtisadiyyatı 3.2%-lik geriləmə, digər bir sözlə 8.5 trilyon dollar məbləğində itki ilə üzləşəcək. Bu isə, son dörd ildə dünya ölkələrində qeydə alınan ÜDM artımının silinməsi deməkdir. Bu barədə proqnoz, BMT-nin İqtisadi və Sosial İşlər üzrə Departamentinin (UN DESA) Dünya İqtisadi Vəziyyəti və Perspektivləri (WESP) hesabatında qeyd olunub.

Hesabatda, 2020-ci ildə ÜDM artımının İnkişaf Etmiş Ölkələrdə -5%, İnkişaf Etməkdə Olan Ölkələrdə isə -0.7% səviyyəsində qərarlaşacağı proqnozlaşdırılıb. 2021-ci il üçün isə, bu göstəricilər müvafiq olaraq +3.4% və +5.3% səviyyəsindədir. Həmçinin, cari ildə 34.3 milyon nəfərin yoxsulluq həddindən aşağı düşəcəyi proqnozlaşdırılıb.

Qeyd edək ki, ötən “Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” hesabatında 2020-ci il üzrə İEÖ üçün iqtisadi artım proqnozu -6.5%, İEOÖ üçün isə -4.7% olub. Dünya iqtisadiyyatının cari ildə geriləmə səviyyəsi isə -5.7% olaraq proqnozlaşdırılmışdı. Hesabata bütövlükdə buradan nəzər sala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır