Home » Qazaxıstan iqtisadiyyatı ilk yarımildə 4,1% artıb

Qazaxıstan iqtisadiyyatı ilk yarımildə 4,1% artıb

by yunus
0 comments 0 views 1 minutes read

Qazaxıstanın Baş naziri Oljas Bektenov 2026-cı ilin yanvar-iyun aylarında ölkənin sosial-iqtisadi inkişafının nəticələri ilə bağlı Prezident Kasım-Jomart Tokayevə hesabat təqdim edib.

BBN.az xəbər verir ki, hökumət başçısının sözlərinə görə, hesabat dövründə ölkənin ümumi daxili məhsulu (ÜDM) 4,1% artıb.

İqtisadi artımın əsas hərəkətverici qüvvəsi istehsal sənayesi olub. Belə ki, bu sektorda 9,8%-lik artım qeydə alınıb. Eyni zamanda, nəqliyyat sahəsi 7,1%, tikinti sektoru isə 15,2% böyüyüb.

Digər sahələrdə də müsbət dinamika müşahidə edilib. Ticarət dövriyyəsi 5,7%, kənd təsərrüfatı 4,4%, rabitə xidmətləri isə 4,3% artıb.

Hesabata əsasən, əsas kapitala yönəldilən investisiyaların həcmi 9,5 trilyon təngəyə çatıb. Özəl investisiyalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% artım göstərib.

Qeyd edək ki, Qazaxıstan iqtisadiyyatı 2026-cı ilin ilk beş ayında 3,7% böyümüşdü. İlin ilk yarısının yekunlarına görə isə iqtisadi artım tempi 4,1%-ə yüksəlib.

Xatırladaq ki, Qazaxıstanın ÜDM-i 2025-ci ildə 6,5% artmışdı. Hökumət cari ildə də iqtisadi artım tempini 5%-dən yuxarı səviyyədə saxlamağı hədəfləyir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.