İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə qlobal aviaşirkətlərin dəyərinə görə sıralamasını əks etdirən “Airlines 50” hesabatını dərc edib.
Hesabata istinadən, dünyanın ən dəyərli aviaşirkəti “Delta” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 27% artaraq, 7.3 milyard ABŞ dolları olub.
“American Airlines” 17% bahalaşaraq, 6.3 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “United Airlines” brendinin ümumi dəyəri isə 10% artaraq 5.5 milyard ABŞ dolları olub.
Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Emirates” (5 milyard $) və “Southwest” (4.9 milyard $) şirkətlərinə layiq görülüb.