Dünyanın ən böyük konteyner terminalı öz işini davam etdirir

Çin Xalq Respublikasında Yanqşan konteyner terminalı ölkədə koronavirus pandemiyasının səngiməsi nəticəsində yenidən fəaliyyətinə başlayıb. İlin əvvəlində fəaliyyətini müvəqqəti dayandıran terminal aprel ayının başlaması ilə əməliyyatlarına start verib.

Çinin “Xinhua” agentliyinin xəbərinə əsasən, 1-13 aprel tarixləri aralığında terminala 260 yük gəmisi daxil olub.

Qeyd edək ki, 2005-ci ildə təsis edilən Yanqşan konteyner terminalı ən böyük avtomatlaşdırılmış terminalıdır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır