İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə dünya banklarının dəyərinə görə sıralamasını əks etdirən “Banking 500” hesabatını dərc edib. Hesabatın ümumi göstəricisi, 9%-lik artımla 1.38 trilyon dollara yüksəlib.
Ötən ildən bu yana, Çin banklarının artım göstəricilərində yüksəlişlər müşahidə olunub, siyahının ön sıralarında qərarlaşan Çin bankları öz mövqelərini qoruyublar. Belə ki, dünyanın ən bahalı bankları sıralamasında ilk 4-lükdə qərarlaşan Çin banklarının ümumi marka dəyəri 252.2 milyard dolları ötüb.
Hesabata istinadən, dünyanın ən bahalı bankı “ICBC” olub. Belə ki, bankın marka dəyəri ötən ilə nisbətən 3% artaraq, 75.1 milyard ABŞ dolları olub.
“China Construction Bank” 10% dəyər qazanaraq, 65.5 milyard ABŞ dolları bu il də ilə ikinci yerdə qərarlaşıb. Yenə siyahıda üçüncü olan “Agricultural Bank of China” bankının ümumi dəyəri isə 17% artaraq 62 milyard ABŞ dolları olub.
Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Bank of China” (49.6 milyard $) və ABŞ mərkəzli “Bank of America” (36.7 milyard $) banklarına layiq görülüb.