İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” beynəlxalq şirkətlərinin dəyərinə görə sıralamasını əks etdirən “Global 500” hesabatını dərc edib.
Hesabata istinadən, Amerika Birləşmiş Ştatları mərkəzli şirkətlər renkinqdə hegemonluğu öz əllərində saxlayıblar. Belə ki, ilk onluqda yer alan şirkətlərin cəmi biri Koreya (Samsung Electronics), ikisi isə Çin (ICBC, Huawei) şirkətləridir.
Dünyanın ən bahalı şirkəti Kaliforniya mərkəzli “Apple” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 35% artaraq, 355.1 milyard dollar olub.
“Amazon” şirkəti 38% bahalaşaraq, 350.3 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Google” brendinin ümumi dəyəri isə 38.1% artaraq 263.4 milyard dollar olub.
Sıralamada dördüncü və beşinci yerlərlərə isə müvafiq olaraq, “Microsoft” (184.2 milyard $) və “Walmart” (111.9 milyard $) şirkətləri layiq görülüb.
2021-2022 illəri aralığında ən çox dəyər qazanan şirkət isə siyahıda ilk dəfə yer alan “Douyin” olub. Belə ki, Çinli şirkət bu dövr ərzində 215% dəyər qazanaraq siyahıda 18-ci yerə yüksələ bilib.