E-sosial.az portalından istifadə artıq daha əlçatan, daha sürətli və daha rahat

Azərbaycanın Vahid Sosial Reyestri olan e-sosial.az internet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə “Android” və “İOS” əməliyyat sistemi üçün tətbiqlər də fəaliyyət göstərir. Bu mobil tətbiqi yükləyərək sosial müdafiə hüquqlarınız barədə bütün suallara bir pəncərədə cavab tapa bilərsiniz.

Mobil tətbiqdə qeydiyyat çox sadədir. Sizdən yalnız istifadəçi adı, şifrə, adınıza olan mobil nömrə, elektron poçt ünvanı və FİN nömrənizi qeyd etmək tələb olunur.

16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən portalda əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya kimi müxtəlif sahələrin elektron bazasına çıxış imkanı var.

Qeyd edək ki, 2020-ci il ərzində e-sosial.az portalına “Android” əməliyyat sistemi vasitəsilə 32 050, “İOS” platforması üzərindən 31 186 müraciət daxil olub.

E-sosial.az portalının mobil tətbiqi ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik: https://youtu.be/tLAsQNsYP7s

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır